Search
Close this search box.

Kaminq Aut

minority magazine 14

Paylaş

Əziz oxucu, bir qədər uzun keçən yay fasiləsindən sonra yenidən səninləyik.

Sentyabr ayının 23-ü bütün dünyada biseksual fərqindəlik günü kimi qeyd olunurdu. Oktyabr ayında isə bir neçə LGBTİ əhəmiyyətli günlər qeyd olunacaq. Bunlardan ən vacib və gözəl olanı 11 oktyabr Kaminq Aut günüdür. Hər ilin həmin günündə dünyanın fərqli yerlərindən yüzlərlə, bəlkə də minlərlə insan kaminq aut edir.

Jurnalımızın bu sayında sənin üçün müxtəlif məlumatlar toplamışıq. Belə ki, bu dəfə Bəhruz Səmədovun “Azərbaycan siyasi diskurslarında “kvir” məsələsi” haqqında araşdırması ilə tanış ola biləcəksən. Burada Bəhruz Azərbaycanda siyasi ritorikada LGBTİ mövzusunun yeri barədə danışır, o cümlədən müxtəlif siyasi simaların nitqində LGBTQ məsələsinin necə öz əksini tapdığını təhlil edir.

Budəfəki sayımızda həm də özünün qeyri-ənənəvi klipləri ilə məşhur olan, Finlandiyada yaşayan azərbaycanlı musiqiçi, Ya Tosiba qrupunun ifaçısı Zuzu Zakaria ilə müsahibəmiz yer alır. Zuzu dissertasiyasını meyxana mətnlərini analiz edərək yazıb. Daha çox məlumat üçün isə müsahibəni oxuya bilərsən.

N.Novruzovun “Gəl dənizlə barışaq” əsərinin ilk bölümü yayımlanır. Müəllifi “Kirayə evin iki rəngi” hekayəsindən sevirsən. Yeni əsər isə hər yay ailəsi ilə kənddəki evə yollanan Əli və orada tanış olduğu danışma məhdudiyyətli İlkinin hekayəsini nağıl edir. Birinci bölümü oxuya-oxuya uşaqlığımız, yay macəralarımız gözümüzün qabağından keçəcək. Sözün açığı, qəhrəmanların arasında nələrin yaşanacağını redaksiyamız hələ bilmir.

Növbəti saylarımızı izləsən, onların başına gələnləri və bütün digər maraqlı hekayələri birlikdə izləyə biləcəyik.

Vahid Əliyev

Mündəricat

minority magazine 14

Girişlər

Məqalələr

Müsahibələr

İncəsənət

No results found.

Kinolar

No results found.

Hekayələr

Dünyadan

No results found.