Search
Close this search box.

Form Burda Olacaq

Niyə Minority Azərbaycana ianə verməlisiniz?

Ölkədə LGBTQİ+ hüquqları və bərabərliyi ətrafında heç bir irəliləyiş əldə olunmasa da, biz Minority Azərbaycan olaraq əlimizdən gələni əsirgəmirik. 2015-ci ildə ölkədə yayımlanan ilk və yeganə LGBTİ+ jurnalı olaraq fəaliyyətə başladıq və artıq 14 sayımız nəşr olunub. 2019-cu ildən isə Minority Azərbaycan ölkədə və dünyada baş verən xəbərləri, icmadan gələn yazıları, müsahibə və şəhər sorğularını iki dildə oxucularına çatdırır.

Bilirik ki, LGBTQİ+ların bərabərlik və azadlıqdan həzz alması üçün görüləsi daha çox işimiz var. Burada da, işin bir hissəsi siz olursunuz. Dəstəkçilərimizin köməyi ilə biz Azərbaycanda LGBTİ+hərəkatı üçün daha çox işlər görməyə davam edə bilərik. Hər bir töhfəniz yüksək qiymətləndirilir.

İanəniz LGBTQİ+ bərabərliyini müdafiə etməyə və ölkədə baş verənləri dünyaya çatdırmağa yönəlir. Minority Azərbaycan olaraq Avropa və dünyanın aparıcı LGBTQİ+ təşkilat və media orqanlarının etibar etdiyi bir mənbəyə çevrildiyimiz üçün fəxr edirik.

İanələr həmrəylik göstərmək və ayrı-seçkilik, təzyiq, LGBTQİ+ təqibləri və maliyyələşdirilən anti-LGBTİ+ qüvvələrlə mübarizə aparmaq üçün güclü bir yoldur.