Search
Close this search box.

Ya Tosiba ilə müsahibə

Paylaş

Bizə özün haqqında danışa bilərsənmi? Mahnı yazmaq istəyi necə yarandı? Hər şey necə başladı?

Hər şey plansız başladı. Əvvəllər mahnı yazarkən, radio şousu, ya da miksteyp hazırlayarkən hər hansısa bir material barədə heç bir planım yox idi. Amma qəfildən bir neçə yaxşı mahnımız olandan, konsertlərdə canlı ifalar edəndən sonra digərləri üçün də əlçatan olacaq mahnı buraxmağın vacibliyini hiss etdim. 

İlk dəfə mahnı yazmağın yadına gəlir? Necə olmuşdu?

Xatırlamıram həmin vaxtı. Çox güman ki, uzun müddət əvvəl itirmişəm, ya da silmişəm. Bir şeyi ilk dəfə etmə hissini isə xatırlayıram, uçmaq kimi bir şeydir.

Meyxanalara mahnılar yazmağı niyə seçdin?

Tezisimi yazdığım ərəfədə köhnə meyxana sözlərini oxumaqdan həzz alırdım, onların məzmun və formasını təhlil edirdim. Sonradan meyxana sözləri ağlımda rəqs etməyə başladı. Sonda əlimdə o qədər maraqlı material toplandı ki, onları necəsə elektron mahnılara tətbiq etmək istədim. 

Əliağa Vahidin “Molla” şeirinə çəkilmiş video haqqında bizə danışa bilərsən? Azərbaycanda çoxlu müzakirələrə səbəb olmuşdu. 

Sözləri o qədər güclü və əyləncəlidir ki, ona darıxdırıcı bir video çəkmək cinayət olardı. Və video boyunca iki qızın bu sözlərin altında öpüşməyi mollanın üzünə vurulmuş başqa bir satirik şillədir. Bu da orijinal şeiriyyəti daha da dərinləşdirir və əlavə dəstək olur.

Musiqi homofobiya ilə mübarizə üçün alət kimi istifadə oluna bilərmi?

Həyatımızı, döyüşlərimizi və mübarizələrimizi əks etdirən musiqi və digər ifadəli mədəniyyət formaları həqiqətən vacib bir vasitədir. Doğulduğu andan tənqidi bir səsə sahibdir. Bu güc arzu edilir və bütün zümrələrə və ya yüksək elitaya məxsus olmaq üçün satın alınmağa çalışılır. Bəyanat vermək və ya səs salmağın və eşildilməyin bir mənası var. Ancaq bu sualı mənə verəndə deyərdim ki, mənim şəxsi səsimin gücü azdır, mən evi olmayan, Norveçdə, Azərbaycanda, Finlandiyada və ya Almaniyada əcnəbi bir mühacirəm.

Helsinki sənin musiqiyə, seksuallığa və ümumiyyətlə, incəsənətə olan sevginə necə təsir edib?

Mənim sevdiyim şəhərin, Helsinkinin hər küncündə dəniz var. Digər Avropa ölkələri ilə müqayisədə elektron musiqinin belə dərin köklərinin olduğu bir ölkədə olmaq ruhlandırıcıdır. Odur ki, özünü su, təbiət və elektron musiqi səhnəsi ilə vəhdətdə hiss edirsən.

Finlandiya və Azərbaycanda LGBTİ+nin vəziyyətində olan fərqləri necə ifadə edərdin?

Finlandiya və ya digər şimal ölkələri onilliklərdir ki, həssas və ya ayrı-seçkiliyə məruz qalmış qrupların hüquqlarını təmsil edən, əks etdirən və qorumalı olan demokratik bürokratik institutlar qurub. Azərbaycan bu özüllərdən məhrum olduğu üçün fərqləri müzakirə etmək mümkünsüzdür. 

Musiqinin gey ikonası olaraq kimi görürsən?

Yəqin ki, çox məyusedici bir cavab olacaq, amma ümumiyyətlə, bəyəndiyim musiqiçilərin genderini və seksual oriyentasiyalarını bilmirəm. İndi bildiyim və xatırladığım şəxslərdən Vendi Karlosu, Ziuru, Arkanı, Artur Rasseli qeyd edərdim. 

Azərbaycan LGBTİ+ icmasına nə demək istərdin?

Etdiyiniz şeylərə görə deyil, kim olduğunuza görə hər gün canınıza görə qorxmaq heç kimin başına gəlməməsi lazım olan bir reallıqdır. Sizə xüsusilə tənqidi, fəal və ağlı başında qalmaq üçün səbr və güc diləyirəm.

Bunlar da diqqətini çəkə bilər